Sumqayıtda yol qəzası baş verib, ölən və yaralanan var

Sumqayıtda yol qəzası baş verib, ölən və yaralanan var
# 18 iyun 2012 07:42 (UTC +04:00)
Bakı. Şəhriyar Əlizadə - APA. Sumqayıt şəhərində ölümlə nəticələnən yol qəzası baş verib. Respublika Baş Dövlət Yol Polisi İdarəsindən APA-ya verilən məlumata görə, “Mercedes” markalı avtomobil yolun kənarındakı maneəyə çırpılaraq qəza törədib. Nəticədə sürücü ölüb, maşında olan bir nəfər sərnişin isə yaralanıb.

Daha bir ölümlə nəticələnən yol qəzası isə Saatlıda baş verib. “VAZ - 2107” markalı avtomobil yoldan keçən piyadanı vurub. Nəticədə piyada ölüb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR