Azərbaycanda jurnal redaksiyasına məxsus avtomobili qaçırmaqda şübhəli bilinən şəxs tutulub

Azərbaycanda jurnal redaksiyasına məxsus avtomobili qaçırmaqda şübhəli bilinən şəxs tutulub
# 18 iyun 2012 08:43 (UTC +04:00)
Bakı. Şəhriyar Əlizadə - APA. Bakıda “Günəş” jurnalının redaksiyasına məxsus avtomobili qaçırmaqda şübhəli bilinən şəxs tutulub. Bakı şəhər Baş Polis İdarəsindən APA-ya verilən məlumata görə, aprelin 19-u saat 23 radələrində Z.Xəlil küçəsində «Günəş» jurnalı redaksiyasına məxsus Bakı şəhər sakini Abuzər Məmmədovun idarə etdiyi «QAZ-24» markalı avtomobil qaçırılıb. Qaçırılan avtomobil bir gün sonra Xəzər rayonu ərazisində saz vəziyyətdə tapılıb. Nərimanov Rayon Polis İdarəsi və 18-ci Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cinayətdə şübhəli bilinən Siyəzən rayon sakini Murad Babayev iyunun 16-da tutulub.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR