Bakıda bir nəfərin ölümü, iki nəfərin isə yaralanması ilə nəticələnən yol qəzası baş verib

Bakıda bir nəfərin ölümü, iki nəfərin isə yaralanması ilə nəticələnən yol qəzası baş verib
# 18 iyun 2012 09:08 (UTC +04:00)
Bakı. Şəhriyar Əlizadə - APA. Bakıda ölümlə nəticələnən yol qəzası baş verib. Bakı şəhər Baş Polis İdarəsindən APA-ya verilən məlumata görə, iyunun 17-si saat 04:25 radələrində Cəfər Xəndan və Ş.Məmmədova küçələrinin kəsişməsində Bakı şəhər sakinləri Vüsal Gözəlovun idarə etdiyi «Nissan» markalı və Zaur Bəşirovun idarə etdiyi «VAZ-2107» markalı avtomobillər toqquşub. Nəticədə, «VAZ-2107» markalı avtomobilin sərnişini Ramil Əliyev hadisə yerində ölüb, «Nissan» markalı avtomobilin sürücüsü Vüsal Gözəlov və sərnişini Sənan Niftəliyev Travmatologiya institutuna yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR