Azərbaycanın fövqəladə hallar naziri: “Gələcəkdə sel təhlükəsi olsa belə, sahilyanı kəndlər heç bir təhlükəyə məruz qalmayacaqlar”

Azərbaycanın fövqəladə hallar naziri: “Gələcəkdə sel təhlükəsi olsa belə, sahilyanı kəndlər heç bir təhlükəyə məruz qalmayacaqlar”
# 18 iyun 2012 10:07 (UTC +04:00)
APA-nın xəbərinə görə, bunu fövqəladə hallar naziri Kəmaləddin Heydərov jurnalistlərə açıqlamasında deyib.

Nazirin sözlərinə görə, Kür çayının Neftçala, Salyan, Sabirabad rayonlarından keçən hissəsində Fövqəladə Hallar Nazirliyinin bazalarının tikintisi yekunlaşır. Sahil bərkidən və dib təmizləyən gəmilər artıq öz işlərini görürlər: “Gələcəkdə sel təhlükəsi olsa belə, sahilyanı kəndlər heç bir təhlükəyə məruz qalmayacaqlar”.

Kür daşqınlarından ziyan çəkən əhaliyə kompensasiyaların verilməsində narazılıqların olması barədə verilən məlumatlara münasibət bildirən K. Heydərov bunları deyib: “Bu barədə deyilənlər düzgün deyil. Yerli icra qurumlarının kompensasiyaların bölünməsində heç bir rolu yoxdur. Çünki komissiya tərəfindən müəyyənləşdirilən kompensasiyalar poçt vasitəsilə birbaşa vətəndaşların ünvanına göndərilir. Burada rayon icra hakimiyyətləri nə edə bilər? Siyahılar komissiya tərəfindən hazırlanır. Əhalinin bu kompensasiyaları almasında problem vardı, bunu da müzakirə etdik. Bu məlumatları quraşdırıb deyirlər. Bütün bunlar həqiqətə uyğun deyil. Bəziləri isə bunu özlərinə sərf edən şəkildə təqdim edirlər”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR