Ucar rayonunda yanğın olub

Ucar rayonunda yanğın olub
# 18 iyun 2012 10:54 (UTC +04:00)
Ucar. Zahid Abışov – APA. Ucar rayonunda yanğın hadisəsi baş verib. APA-nın yerli bürosunun xəbərinə görə, hadisə dünən axşam saat 23:00 radələrində Ucar rayonunun Lək kəndində qeydə alınıb. Əsgərov Faiq Hatəm oğluna məxsus tövlədə baş verən yanğın havanın küləkli olması səbəbindən, bir qədərdə genişlənərək qısa müddətdə 500 bağ otun, 1 buzovun və artırmanın tamamilə yanmasına səbəb olub. Kənd sakinləri alovun qarşısını almağa çalışsalar da, alov evə keçib və evin bir hissəsini yandırıb. Hadisə yerinə çağırılan Fövqəladə Hallar Nazirinin Ucar Rayonunun Yanğından Mühafizə hissəsinin 2 yanğınsöndürən maşını və canlı qüvvəsi yanğının evin qalan hissəsinə və qonşu evlərə keçməsinin qarşısı alıblar. İlkin məlumata görə, yanğına səbəb elektrik naqillərində baş verən qısaqapanma olub. Faktla bağlı araşdırma aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR