Azərbaycanda yük qatarı 75 yaşlı qadını vuraraq öldürüb

Azərbaycanda yük qatarı 75 yaşlı qadını vuraraq öldürüb
# 18 iyun 2012 11:03 (UTC +04:00)
Yevlax. Elvin Yaqubov – APA. Azərbaycanın Yevlax rayonu ərazisində yük qatarı 75 yaşlı qadını vuraraq öldürüb. APA-nın xəbərinə görə, hadisə bu gün saat 11 radələrində qeydə alınıb. Yevlax rayonunun Aran qəsəbə sakini, 1937-ci il təvəllüdlü Cəfərova Həqiqət Mircavad qızı dəmir yolu xəttinin qorunmayan hissəsindən keçərkən Gürcüstandan Bakıya doğru hərəkət edən yük qatarı onu vurub. Qadın hadisə yerində dünyasını dəyişib.

Faktla bağlı Yevlax rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR