Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsinin əməkdaşları Rusiyada keçirilən beynəlxalq konfransda iştirak ediblər

Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsinin əməkdaşları Rusiyada keçirilən beynəlxalq konfransda iştirak ediblər
# 18 iyun 2012 16:31 (UTC +04:00)
Bakı. Şəhriyar Əlizadə - APA. Rusiya Federasiyasının Oryol şəhərində həmin ölkənin İstintaq Komitəsinin təşkilatçılığı ilə “Korrupsiyaya qarşı mübarizə” mövzusunda beynəlxalq konfrans keçirilib. Baş Prokurorluğun mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Rusiya Federasiyası, Ukrayna, Qazaxıstan, Qırğızıstan və Belarus Respublikalarının Prokurorluq orqanlarının, İstintaq Komitələrinin, Müstəqil Dövlətlər Birliyinin aidiyyəti qurumlarının nümayəndələri və hüquqşünas alimlərin iştirak etdiyi tədbirdə Azərbaycanı Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsinin əməkdaşları Əsəd Əliyev və Rasim Musayev təmsil edib.

Ə.Əliyev konfransda çıxış edərək Azərbaycan prezidenti İlham Əliyevin rəhbərliyi ilə korrupsiyaya qarşı mübarizə sahəsində həyata keçirilən tədbirlər, o cümlədən yeni qanunların qəbul edilməsi, ölkəmizin korrupsiyaya qarşı mübarizə ilə bağlı bir sıra beynəlxalq sənədlərə qoşulması, korrupsiyaya qarşı mübarizə ilə əlaqədar qəbul olunmuş Dövlət Proqramı və Milli Strategiyanın icrası ilə bağlı görülmüş tədbirlər, habelə dövlət qurumlarının fəaliyyətində şəffaflığın artırılması barədə konfrans iştirakçılarına ətraflı məlumat verib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR