Azərbaycanda bir gündə baş vermiş 16 yol qəzasında 2 nəfər ölüb, 19 nəfər yaralanıb

Azərbaycanda bir gündə baş vermiş 16 yol qəzasında 2 nəfər ölüb, 19 nəfər yaralanıb
# 19 iyun 2012 06:48 (UTC +04:00)
Respublika Baş Dövlət Yol Polisi İdarəsindən APA-ya verilən məlumata görə, qəzalar nəticəsində 2 nəfər ölüb, 19 nəfər yaralanıb. Ölümlə nəticələnən yol qəzalarından biri Bakıda , digəri Lerikdə qeydə alınıb.

Belə ki, Suraxanı rayonunda iki “Mercedes” markalı avtomobil toqquşub. Nəticədə 1 nəfər ölüb, 2 nəfər yaralanıb. Lerik rayonunda isə “VAZ-2107” markalı avtomobil aşıb, 1 nəfər ölüb, 1 nəfər yaralanıb.

Hər bir faktla bağlı araşdırma aparılır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR