Xəzərdə batmaq təhlükəsi ilə üzləşən 4 nəfər xilas olunub, onlardan üçü uşaqdır

Xəzərdə batmaq təhlükəsi ilə üzləşən 4 nəfər xilas olunub, onlardan üçü uşaqdır
# 19 iyun 2012 06:48 (UTC +04:00)
Bakı. Şəhriyar Əlizadə - APA. Xəzər dənizində batmaq təhlükəsi ilə üzləşən 4 nəfər xilas olunub. APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumatına görə, 1970-ci il təvəllüdlü 1 nəfər, 1998-ci il təvəllüdlü 1 uşaq və 2001-ci il təvəllüdlü 2 uşaq Abşeron rayonu ərazisində dənizdə çimərkən batmaq təhlükəsi ilə üzləşib. Həmin şəxslər Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri tərəfindən xilas olunub.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR