Azərbaycanda zavodda baş verən uçqun nəticəsində iki nəfər ölüb

Azərbaycanda zavodda baş verən uçqun nəticəsində iki nəfər ölüb
# 19 iyun 2012 08:52 (UTC +04:00)
Gəncə şəhər Baş Polis İdarəsindən APA-nın Qərb bürosuna verilən məlumata görə, Gəncə şəhərində, “Alüminium Zavod” MMC-nin ərazisində yerləşən köhnə poladəritmə sexində söküntü işləri aparılarkən beton tavanın uçması nəticəsində iki nəfər uçqun altında qalaraq ölüb. Uçqun altında qalaraq ölənlərin 1975-ci il təvəllüdlü Vyaçeslav Feyzullayev və 1977-ci ildə anadan olmuş Səlim Seyfullayev olduğu bildirilir.

Faktla əlaqədar Gəncə şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 162.2-ci maddəsi üzrə cinayət işi açılıb araşdırma aparılır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR