Azərbaycan Cinayət Məcəlləsinə uşaq pornoqrafiyası ilə bağlı müddəa salınır

Azərbaycan Cinayət Məcəlləsinə uşaq pornoqrafiyası ilə bağlı müddəa salınır
# 19 iyun 2012 09:41 (UTC +04:00)
APA-nın məlumatına görə, Cinayət Məcəlləsinin 171-ci maddəsinə yeni əlavə olunması nəzərdə tutulur. Yeni əlavə ilə uşaq pornoqrafiyasını yayma, reklam etmə, satma, başqasına vermə, göndərmə, təklif etmə, əldə edilməsinə şərait yaratmaq yaxud yaymaq və ya reklam etmək məqsədi ilə hazırlamaq, əldə etmə və ya saxlamaya görə 8 min manatdan 10 min manatadək miqdarda cərimə və ya 5 ilədək müddətədək azadlıqdan məhrumetmə ilə cəzalandırılacaq.

Həmçinin, eyni əməllər təkrar törədildikdə qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik tərəfindən törədildikdə, xeyli miqdarda gəlir əldə etməklə, eyni zamanda yetkinlik yaşına çatmayanların valideynləri və ya üzərinə qanunla yetkinlik yaşına çatmayanı tərbiyə etmək vəzifəsi qoyulmuş şəxslər və ya yetkinlik yaşına çatmayanlara nəzarəti həyata keçirmək vəzifəsi daşıyan, təhsil, tərbiyə, tibb və ya digər müəssisənin müəllimi tərəfindən törədildikdə 3 ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə 5 ildən 8 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılacaq.

Dəyişiklik layihəsi parlamentin növbəti iclasında müzakirəyə çıxarılacaq.

Qeyd edək ki, indiyədək Azərbaycan Respublikasının Cinayət Məcəlləsində uşaq pornoqrafiyası ilə bağlı heç bir müddəa yox idi.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR