BMT nümayəndələri Penitensiar Xidmətdə olublar

BMT nümayəndələri Penitensiar Xidmətdə olublar
# 19 iyun 2012 14:47 (UTC +04:00)
Bakı. Şəhriyar Əlizadə - APA. BMT-nin Narkotiklər və Cinayətkarlıq üzrə İdarəsinin məsləhətçisi Lyubov Azbel və idarənin Azərbaycan üzrə layihə rəhbəri Arzu Quliyeva Penitensiar Xidmət rəhbərliyi tərəfindən qəbul ediliblər. Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, görüşdə çıxış edən Penitensiar Xidmətin rəis müavini Hüseyn Əlixanov Penitensiar xidmətin fəaliyyəti, son dövrlər ərzində məhkumların saxlanma şəraitinin yaxşılaşdırılması və narkotiklərlə mübarizə istiqamətində aparılan işlər barəsində məlumat verib. O, müxtəlif beynəlxalq qurumların nümayəndələrinin mütəmadi olaraq penitensiar müəssisələrdə və istintaq təcridxanalarında monitorinqlər keçirdiyini, cəza çəkənlərin saxlanma şəraiti ilə yaxından tanış olduqlarını, fəaliyyətin daha da təkmilləşdirilməsi üçün müvafiq tövsiyələr təqdim etdiklərini deyib.

Lyubov Azbel və Arzu Quliyeva həyata keçirilməsi planlaşdırılan “Şərqi Avropa və Mərkəzi Asiyada əhalinin risk qrupları arasında QİÇS virusunun effektiv profilaktikası” adlı layihənin 2011-2013-cü illəri əhatə edəcək ikinci fazası haqqında məlumat veriblər. Bildirilib ki, hal-hazırda həyata keçiriləcək tədqiqat həmin regional layihənin tərkib hissəsidir.

Hüseyn Əlixanov təqdim olunan layihənin Penitensiar Xidmətin rəhbərliyi tərəfindən dəstəkləndiyini və həyata keçirilməsi üçün xidmətin imkanları və səlahiyyətləri daxilində zəruri şəraitin yaradılmasının təmin olunacağını bildirib.

Görüşdə Penitensiar xidmətin məsul əməkdaşları iştirak ediblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR