Azərbaycanda iki həbsxananın yerləşdiyi ərazidə təbii fəlakət olub, həyəcan siqnalı verilib

Azərbaycanda iki həbsxananın yerləşdiyi ərazidə təbii fəlakət olub, həyəcan siqnalı verilib
# 19 iyun 2012 20:10 (UTC +04:00)
Məlumata görə, iyunun 19-da saat 17:40 radələrində Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 8 və 12 saylı cəzaçəkmə müəssisələrinin yerləşdikləri ərazidə normal hava şəraitində təxminən bir dəqiqə davam edən burulğanla müşayiət olunan güclü qasırğa baş verib.

Hadisə nəticəsində müəssisələrin 110 metr uzunluğunda əsas və yardımçı hasarları uçub, dam örtükləri, elektrik dirəkləri, işıq və rabitə xətləri sıradan çıxıb, rabitə əlaqəsi kəsilib.

Hadisə ilə bağlı dərhal xidmət üzrə həyəcan siqnalı verilib, xidmətin müvafiq qurumları səfərbər olunub, Daxili İşlər, Fövqəladə Hallar nazirliklərinin və Azərenerji ASC-nin müvafiq qurumları əraziyə cəlb olunublar.

Həbsxanalarda təhlükəsizliyin təmin olunması, məhbusların ərazini tərk etməmələri üçün tədbirlər görülüb.

Xidmətin məlumatında bildirilib ki, hazırda təbii fəlakətin nəticələri aradan qaldırılır, həbsxanalarda vəziyyət stabildir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR