Bakıda şirkət ofisindən oğurluq edən şəxs tutulub

Bakıda şirkət ofisindən oğurluq edən şəxs tutulub
# 20 iyun 2012 07:53 (UTC +04:00)
Bakı. Şəhriyar Əlizadə - APA. Bakının Səbail rayonunda şirkət ofisindən oğurluq edən şəxs tutulub. Bakı şəhər Baş Polis İdarəsindən APA-ya verilən məlumata görə, iyunun 18-nə keçən gecə Bakı şəhər sakini Şaban Əsədliyə məxsus Kiçik Qala küçəsində yerləşən “Biznes Holleri” şirkətinin ofisindən qapını sındırma yolu ilə ştativi ilə birlikdə “Canon-5D” fotoaparatı, kamera və digər avadanlıqlar oğurlanıb.

Səbail Rayon Polis İdarəsi 9-cu Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Bakı şəhər sakini Vüsal İsmayılov iyunun 19-da yaxalanıb.

Faktla bağlı araşdırma aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR