Xaçmazda avtomobil 64 yaşlı piyadanı vuraraq öldürüb

Xaçmazda avtomobil 64 yaşlı piyadanı vuraraq öldürüb
# 20 iyun 2012 09:06 (UTC +04:00)
Xaçmaz. Vəli Turan – APA. Gəndob-Yalama yolunun Xaçmaz rayonu ərazisindən keçən hissəsində piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. APA-nın şimal bürosunun verdiyi məlumata görə, 1983-cü il təvəllüdlü İsrafilov Elşən Məhəmməd oğlu idarə etdiyi “VAZ 21 07” markalı, 90 HZ 529 dövlət nömrə nişanlı avtomaşınla Xaçmaz rayonu, Alekseyevka kənd sakini, 1948-ci il təvəllüdlü Şıxməmmədova Şahzada Tağı qızını vurub. Sürücü xəsarət alan piyadanı Xaçmaz Mərkəzi rayon Xəstəxanasına gətirib. Həkimlərin səyinə baxmayaraq Ş. Şıxməmmədovanın həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı cinayət işi açılıb, araşdırmalar davam etdirilir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR