Ombudsmanların X Beynəlxalq Bakı konfransının bəyannaməsi qəbul olunub

Ombudsmanların X Beynəlxalq Bakı konfransının bəyannaməsi qəbul olunub
# 20 iyun 2012 10:43 (UTC +04:00)
APA-nın məlumatına görə, Azərbaycan İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatında keçirilən tədbirdə X Bakı Beynəlxalq konfransda müzakirəyə çıxarılan məsələlərə dair fikir mübadiləsi aparılıb. Konfrans iştirakçıları əməkdaşlığın davam etdirilməsinin zəruriliyini vurğulayaraq, Bakı Bəyannaməsi qəbul ediblər.

Bu bəyannamə Azərtbaycan, Çexiya, Çin, Estoniya, İran, Kanada, Cənubi Koreya, Qırğızıstan, Malaziya, Meksika, Moldova, Niderland, Özbəkistan, Pakistan, Rusiya Federasiyası və onun subyektləri – Dağıstan Respublikası, Həştərxan, Koluqa, Kemerovo, Krasnadar, Lipetsk, Moskva, Samara, Saratov, Sverdlovsk vilayətləri, Serbiya, Sloveniya, Tacikistan, Tayland, Türkiyə, Yaponiyadan olan nümayəndələr tərəfindən imzalanaıb.

Bəyannamədə fövqəladə hallarda insan hüquqlarının müdafiəsi sahəsində yeni norma və prinsiplərin formalaşması və təbliği prosesinə dəstək verilməsi, insan hüquqlarının müdafiəsi sahəsində effektiv milli qanunvericilik aktlarının qəbulu və milli insan hüquqları təsisatlarının parlamentlə əməkdaşlığının zəruriliyi, dövlət qurumları, vətəndaç cəmiyyəti, o cümlədən qeyri-hökumət təşkilatları ilə əməkdaşlığın inkişaf etdirilməsi, o cümlədən Beynəlxalq Ombudsmanlar İnstitutu, Avropa Ombudsmanlar İnstitutu və Asiya Ombudsmanlar Assosiasiyası çərçivəsində əməkdaşlığın gücləndirilməsinin informasiya və təcrübə mübadiləsinin zəruriliyi qeyd edilib.

Qeyd edək ki, iyunun 18-də başlayan konfransda “Milli insan hüquqları institutlarını, insan hüquqlarının müdafiəsi və təşviqi imkanlarının artırılmasında strateji planlaşdırmanın rolu” və “İnsan hüquqlarının səmərəli müdafiəsi naminə regional və qlobal əməkdaşlıq” mövzusunda sessiyalar keçirilib, “İnsan hüquqlarının təmin olunması və Ombudsman haqqında qanunvericiliyin təkmilləşdirilməsi”, “Fövqəladə hallar, onların nəticələrinin aradan qaldırılması”, “Fövqəladə vəziyyətdə ekoloji hüquqların müdafiəsi”, “Dəyişən dünyada insan hüquqlarının müdafiəsi və təbliği” və sair mövzularda məruzələr dinlənilib.

Həmçinin konfrans çərçivəsində Bakıda Asiya Ombudsmanlar Assosiasiyası Direktorlar Şurasının iclası da keçirilib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR