Azərbaycanda 41 yaşlı qadın intihar edib

Azərbaycanda 41 yaşlı qadın intihar edib
# 20 iyun 2012 13:59 (UTC +04:00)
Qusar. Vəli Turan – APA. Bu gün Qusar rayonunda intihar hadisəsi qeydə alınıb. Qusar rayonu, Yasaboba kənd sakini, 1971-ci il təvəllüdlü Xuraman Aydəmirova özünü yaşadığı evin yaxınlığındakı çinar ağacından asaraq intihar edib.
APA-nın şimal bürosunun verdiyi məlumata görə, Xuraman Aydəmirovanın meyitini qohumları aşkarlayıb. Bir uşaq anası olan Xuraman Aydəmirovanın uzun müddət müxtəlif xəstəliklərdən əziyyət çəkdiyi bildirilir.
Faktla bağlı cinayət işi açılıb, araşdırmalar davam etdirilir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR