Bakıda uşaq bağçasında tərbiyəçinin saxta diplomla işləməsi barədə cinayət işi başlanıb

Bakıda uşaq bağçasında tərbiyəçinin saxta diplomla işləməsi barədə cinayət işi başlanıb
# 20 iyun 2012 14:57 (UTC +04:00)
Bakı. Şəhriyar Əlizadə - APA. Bakıda uşaq bağçasında tərbiyəçinin saxta diplomla işləməsi barədə cinayət işi başlanılıb. Baş Prokurorluğun mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Bakı şəhər sakini Sadıqova Tovuz Səməd qızının 2003-cü ildə saxta diplomla Xətai rayonu, 202 saylı uşaq bağçası-körpələr evinə tərbiyəçi vəzifəsinə işə qəbul edilməsinə dair Milli Təhlükəsizlik Nazirliyindən daxil olmuş material üzrə Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsində araşdırma aparılıb.
Müəyyən edilib ki, T. Sadıqovanın Azərbaycan Dövlət Pedaqoji Universitetini bitirməsinə dair diplomunun saxta olması 2011-ci ilin noyabrında bağçanın müdirəsi Simuzər Bənənyarlıya məlum olsa da, həmin sənədin doğruluğunun yoxlanılması üçün Təhsil Nazirliyinin "Pedaqoji işə qəbul prosesinin tənzimlənməsi barədə" sərəncamına müvafiq olaraq dərhal sorğu verilməyib, bundan əlavə həmin sərəncamın tələbinə uyğun olaraq bağça müdirəsi və aidiyyəti təhsil qurumlarının əməkdaşları tərəfindən 2003-2012-ci illərdə diplomun doğruluğunun yoxlanılması üçün heç bir təbdir görülməməklə onun uzun müddət qanunsuz işləməsinə və dövlət vəsaitini almasına şərait yaratmaları nəticəsində dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurulub.
Fakta görə Cinayət Məcəlləsinin 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddəsi ilə cinayət işi başlanılıb. Hazırda Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsində iş üzrə istintaq davam etdirilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR