Bakı-Şamaxı yolunda avtoqəza baş verib, yaralılar var

Bakı-Şamaxı yolunda avtoqəza baş verib, yaralılar var
# 21 iyun 2012 09:05 (UTC +04:00)
Şamaxı. Elvin Yaqubov - APA. Bakı-Şamaxı yolunda iki nəfərin ağır xəsarəti ilə nəticələnən avtomobil qəzası baş verib. APA-nın məlumatına görə, hadisə Abşeron rayonu ərazisində qeydə alınıb. Masallı rayon sakini, 1978-ci il təvəllüdlü Qulamov Teymur Təzəxan oğlunun idarə etdiyi 37-BA-476 dövlət nömrə nişanlı “VAZ 21011” markalı minik avtomobili qarşı tərəfdən gələn Zəngilan sakini, 1987-ci il təvəllüdlü Həşimov Musəvi Mirzəağa oğluna məxsus 90-ZK-123 dövlət nömrə nişanlı “Passat” markalı avtomobillə toqquşub. Hadisə nəticəsində hər iki avtomobilin sürücüsü ağır xəsarət alaraq xəstəxanaya yerləşdirilib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR