Qaz sayğacını dəyişən zaman partlayış baş verib, xəsarət alanlar var

Qaz sayğacını dəyişən zaman partlayış baş verib, xəsarət alanlar var
# 21 iyun 2012 10:29 (UTC +04:00)
Bakı-APA. Azərbaycanda qaz sayğacını dəyişən zaman partlayış baş verib. APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, iyunun 20-də saat 10.00 radələrində Qaradağ rayonunun Lökbatan qəsəbəsində, "Azsantexplast" şirkətində işləyənlər - Göyçay rayon sakinləri Rəşad Quliyev və Elnur Nuriyev qaz sayğacını dəyişən zaman ani partlayış olub. Nəticədə dağıntı olmayıb, yanıq xəsarəti almış hər iki usta xəstəxanaya yerləşdiriliblər.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR