Rüşvətxorluqda təqsirləndirilən polis mayorunun məhkəməsi başlayıb

Rüşvətxorluqda təqsirləndirilən polis mayorunun məhkəməsi başlayıb
# 21 iyun 2012 13:06 (UTC +04:00)
Bakı. Şəhriyar Əlizadə - APA. Bakı Ağır Cinayətlər Məhkəməsində Sabunçu Rayon Polis İdarəsinin rüşvətxorluqda təqsirləndirilən sabiq baş əməliyyat müvəkkili, polis mayoru Nurəddin Qəmbərovun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib. APA-nın məlumatına görə, prosesdə təqsirləndirilən şəxsə hüquqları izah olunub. Prosesin baxış iclası isə iyunun 27-nə təyin olunub.

Qeyd edək ki, fevralın 11-də Bakı şəhər sakini R. Bağırova Daxili İşlər Nazirliyinə müraciət edərək qohumu H. Babayevin cinayət məsuliyyətinə cəlb olunmaması müqabilində özünü Sabunçu Rayon Polis İdarəsinin əməkdaşı kimi təqdim edən bir şəxsin ondan pul tələb etməsi barədə məlumat verib. Nazirliyin və Baş Prokurorluğun əməkdaşlarından ibarət əməliyyat qrupu tərəfindən həyata keçirilmiş tədbirlərlə Sabunçu Rayon Polis İdarəsinin Narkotiklərlə mübarizə bölməsinin baş əməliyyat müvəkkili, polis mayoru Nurəddin Qəmbərov həmin vətəndaşdan 1500 ABŞ dolları alarkən saxlanılıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR