Baş Prokurorluğun əməkdaşı Vaşinqtonda Beynəlxalq Korrupsiya Əleyhinə Mübarizə Alyansının ikinci konfransında iştirak edib

Baş Prokurorluğun əməkdaşı Vaşinqtonda Beynəlxalq  Korrupsiya Əleyhinə Mübarizə Alyansının  ikinci konfransında iştirak edib
# 21 iyun 2012 13:42 (UTC +04:00)
Bakı-APA. Vaşinqtonda Beynəlxalq Korrupsiya Əleyhinə Mübarizə Alyansının “Korrupsiya əleyhinə mübarizə: İnnovasiyalar və yeni üfüqlər” mövzusunda ikinci konfransı keçirilib. Baş Prokurorluğun mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Dünya Bankının təşkilatçılığı ilə iki ildən bir keçirilən tədbirdə dünyanın 130 ölkəsindən korrupsiya qarşı mübarizə sahəsində ixtisaslaşmış qurumların və bir sıra beynəlxalq təşkilatların əməkdaşları iştirak edib.
Tədbirdə Azərbaycan Prokurorluğunu Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsinin Preventiv tədbirlər və təhqiqat şöbəsinin rəisi Vüqar Əliyev təmsil edib. Plenar iclas və sessiyalarla müşayiət olunan konfransda beynəlxalq əməkdaşlıq və korrupsiyaya qarşı mübarizədə yeni texnologiyaların tətbiqi mövzularında çıxışlar və təqdimatlar iştirakçıların diqqətinə çatdırılıb. Tədbirin ikinci günü müasir texnologiyaların sərgisi nümayiş etdirilib.

Şərqi Avropa və Mərkəzi Asiya regionu üzrə təşkil olunmuş iclas və digər görüşlərdə V.Əliyev Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsinin təşkili və fəaliyyətə başlaması, eyni zamanda idarə tərəfindən görülən işlər barədə tədbir iştirakçılarına ətraflı məlumat verib.
Tədbirin davamı olaraq Corc Vaşinqton Universitetinin hüquq fakültəsində cinayət yolu ilə əldə edilmiş aktivlərin qaytarılması mövzusunda ikigünlük təlim təşkil edilib. Təlimlərdə həmin Universitetin professorları Jack Smitt və Thomas Lasic mühazirələr oxuyublar.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR