Orxan Kərimov məhkəmədə huşunu itirib

Orxan Kərimov məhkəmədə huşunu itirib
# 21 iyun 2012 14:01 (UTC +04:00)
APA-nın məlumatına görə, hakim Ramella Allahverdiyevanın sədrlik etdiyi prosesdə Orxan Kərimovun vəkilləri Ramiz Məmmədov və Müzəffər Baxışov vəsatətlə çıxış edərək, müdafiə etdikləri şəxsin xəstə olduğunu nəzərə alaraq, onun barəsində seçilmiş həbs-qətimkan tədbirinin dəyişdirilməsini xahiş ediblər. Bu zaman prosesdə Orxan Kərimovun səhhətində problem yaranıb. O, huşunu itirib. Dərhal məhkəməyə təcili yardım çağırılıb, O. Kərimova tibbi yardım göstərilib. Prosesdə fasilə yaranıb. Fasilədən sonra hakimlər vəsatəti müzakirə edərək, qərar veriblər. Qərara əsasən, vəsatət təmin olunmayıb.

Proses iyunun 25-də davam etdiriləcək.

Xatırladaq ki, O. Kərimov ötən il iyunun 6-da həbs olunub. İstintaq araşdırması zamanı digər təqsirləndirilən şəxslər də məsuliyyətə cəlb ediliblər. Onlar Cinayət Məcəlləsinin 308 (vəzifə səlahiyyətlərindən sui-istifadə ) və 311-ci (rüşvət alma - passiv rüşvətxorluq) maddələri ilə ittiham olunurlar.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR