“Azər-Ross” MTK-nın rəhbərini qətlə yetirməkdə təqsirli bilinən şəxslərin məhkəməsi başlayıb

“Azər-Ross” MTK-nın rəhbərini qətlə yetirməkdə təqsirli bilinən şəxslərin məhkəməsi başlayıb
# 21 iyun 2012 14:17 (UTC +04:00)
Bakı. Şəhriyar Əlizadə - Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində “Azər-Ross” MTK-nın rəhbərini qətlə yetirməkdə təqsirli bilinən şəxslərin cinayət işi üzrə məhkəmənin baxış iclası başlayıb. APA-nın məlumatına görə, prosesdə dövlət ittihamçısı ittiham aktını elan edib.

Prosesin növbəti iclası isə iyulun 5-nə təyin edilib.

Qeyd edək ki, təqsirləndirilən Sahil və Şamil Şamilov qardaşları, Fərman Hacıyev, Hümbət Məmmədov və Tofiq Bəkirov “Azər-Ross” MTK-nın rəhbəri Əflatun Piriyevi qətlə yetirməkdə, baş mühasib Əmiraslan Əhmədovu isə yaralamaqda təqsirli bilinirlər.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR