Güclü külək nəticəsində cəzaçəkmə müəssisələrində yaranan problemlər həll olunub

Güclü külək nəticəsində cəzaçəkmə müəssisələrində yaranan problemlər həll olunub
# 21 iyun 2012 16:52 (UTC +04:00)
Bakı. Şəhriyar Əlizadə - APA. İyunun 19-da güclü külək nəticəsində Qaradağ rayonunda yerləşən iki cəzaçəkmə müəssisəsinə dəyən ziyanın bütün fəsadları aradan qaldırılıb. Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, hər iki cəzaçəkmə müəssisəsinin uçan hasarları , dam örtükləri yenidən inşa olunub. Həmçinin müəssisələrin kommunikasiya vasitələrində olan problemlər həll olunub.

Qeyd edək ki, iyunun 19-da saat 17:40 radələrində Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Qaradağ rayonunda yerləşən 8 və 12 saylı cəzaçəkmə müəssisələrinin ərazisində normal hava şəraitində təxminən bir dəqiqə davam edən burulğanla müşayiət olunan güclü külək əsib.

Hadisə nəticəsində müəssisələrin 110 metr uzunluğunda əsas və yardımçı hasarları uçub, dam örtükləri, elektrik dirəkləri, işıq və rabitə xətləri sıradan çıxıb, rabitə əlaqəsi kəsilib.

Hadisə ilə bağlı dərhal xidmət üzrə həyəcan siqnalı verilib, xidmətin müvafiq qurumları səfərbər olunub, Daxili İşlər, Fövqəladə Hallar nazirliklərinin və Azərenerji ASC-nin müvafiq qurumları əraziyə cəlb olunublar.

Həbsxanalarda təhlükəsizliyin təmin olunması, məhbusların ərazini tərk etməmələri üçün tədbirlər görülüb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR