Kür çayı üzərindən keçən körpüdə avtoqəza baş verib, 3 nəfər yaralanıb - FOTO

Kür çayı üzərindən keçən körpüdə avtoqəza baş verib, 3 nəfər yaralanıb - <font color=red>FOTO</font>
# 21 iyun 2012 16:58 (UTC +04:00)
Şirvan. Əlibəy Zeynallı - APA. Kür çayının üzərindən keçən körpüdə avtomobil qəzası baş verib. APA-nın Mil-Muğan bürosunun xəbərinə görə, bu gün saat 16.30 radələrində Şirvan şəhəri ilə Sabirabad rayonunu birləşdirən körpünün üstündə 10 MN 451 dövlət nömrə nişanlı “Ford” markalı mikroavtobusla 1942-ci il təvəllüdlü Cümşüdov Tofiqin idarə etdiyi “VAZ 2107” markalı 18 BE 863 dövlət nömrə nişanlı avtomobil toqquşub. Nəticədə “VAZ 2107”nin sürücüsü və daha iki nəfər - 1973-cü il təvəllüdlü Qəhrəmova Lyubov Nikolayevna və 1989-cu il təvəllüdlü Nağıyev Nicat müxtəlif dərəcəli xəsarətlərlə Şirvan şəhər Xəstəxanasına yerləşdiriliblər. Qəza nəticəsində körpüdə bir saata qədər tıxac yaranıb. Faktla bağlı araşdırma aparılır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR