Bakı-Quba-Rusiya dövlət sərhədi yolunda baş verən yol qəzalarında 2 nəfər ölüb, 3 nəfər yaralanıb - FOTOSESSİYA

Bakı-Quba-Rusiya dövlət sərhədi yolunda baş verən yol qəzalarında 2 nəfər ölüb, 3 nəfər yaralanıb - <font color=red>FOTOSESSİYA</font>
# 22 iyun 2012 06:51 (UTC +04:00)
Xaçmaz. Vəli Turan – APA. İyunun 21-də axşam saatlarında Bakı-Quba-Rusiya Federasiyası dövlət sərhədi yolunda yol qəzaları baş verib. APA-nın şimal bürosunun verdiyi məlumata görə, hadisə yolun 120-ci kilometrliyində qeydə alınıb. 58 yaşlı Quba sakini Qeybulla Eldarovun idarə etdiyi “Mitsubişi” markalı nəqliyyat vasitəsi velosipedçini vurub. Nəticədə 29 yaşlı Xaçmaz rayon sakini, Abbasov Anar Ağamirzə oğlu hadisə yerində dünyasını dəyişib.
Gəndob-Yalama yolunun 27-ci kilometrliyində, Xaçmazın Müzəffəroba kəndi ərazisində baş verən yol qəzasında isə bir nəfər ölüb, 2 nəfər xəsarət alıb. Xudatdan Xaçmaz istiqamətində hərəkət edən 27 yaşlı Xaçmaz şəhər sakini, Rəşad Əmirovun idarə etdiyi “Volksfagen” markalı avtomobil yüksək sürətlə yolun kənarındakı qoz ağacına çırpılıb. Nəticədə sürücü Rəşad Əmirov, onun atası 58 yaşlı Ağaseyid Əmirov və anası 51 yaşlı Dürnisə Əmirova müxtəlif xəsarətlər alıb. Yaralılar Xaçmaz Mərkəzi rayon Xəstəxanasına aparılarkən Dürnüsə Əmirova yolda dünyasını dəyişib. Xəstəxanadan verilən məlumata görə, sürücü Rəşad Əmirov və atası Ağaseyid Əmirov ilkin müayinədən sonra ambulator müalicəyə buraxılıb.
İyunun 21-də gecə saatlarında Gəndob-Yalama yolunun 7-ci km-də, Şabrandan Xaçmaz istiqamətində hərəkət edən Şabran rayonunun Sarvan kənd sakini, Elşad İsmayılovun idarə etdiyi “VAZ 2106” markalı nəqliyyat vasitəsi idarəetməni itirərək digər iki nəqliyyat vasitəsinə çırpılıb. Nəticədə sürücü xəsarət alaraq Şabran Mərkəzi rayon Xəstəxanasına yerləşdirilib. “VAZ 2106” markalı avtomaşın öncə qarşısında hərəkət edən Şabran sakini Nadir Hüseynovun idarə etdiyi traktorun qoşqusuna dəyib. Nəticədə nəqliyyat vasitəsi idarəetməni itirərək əks istiqamətdən gələn Tovuz rayon sakini, İntiqam Sadıqovun idarə etdiyi 10 XH 850 dövlət nömrə nişanlı “KamAZ” markalı yük avtomobili ilə toqquşub.
Hər üç faktla bağlı araşdırmalar davam etdirilir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR