Balakəndə narkotik vasitə satan şəxs tutulub

Balakəndə narkotik vasitə satan şəxs tutulub
# 22 iyun 2012 07:08 (UTC +04:00)
Balakən. Vüqar Heydərov - APA. Balakən rayonunda narkotik vasitələrin qanunsuz istifadəsi ilə məşğul olan şəxs həbs edilib. Bu barədə APA-nın Şəki-Zaqatala bürosuna Balakən rayon Polis Şöbəsindən (RPŞ) məlumat verilib. Məlumatda bildirilir ki, Balakən RPŞ-nin və Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə idarəsinin Qərb şöbəsinin Regional bölməsinin əməkdaşları birlikdə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərin tapılaraq istintaqa təhvil edilməsi istiqamətində Balakən rayon ərazisində əməliyyat-axtarış tədbiri keçirib. Keçirilmiş tədbir nəticəsində Balakən rayonunun Tülü kənd sakini, 1977-ci il təvəllüdlü Umudov Asif Dursun oğlu şərti alıcıya 26 qram narkotik vasitə hesab edilən qurudulmuş marixuananı satarkən həbs edilib. Faktla bağlı Balakən RPŞ-nin təhqiqat bölməsində araşdırma aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR