Şəkidə piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib

Şəkidə piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib
# 22 iyun 2012 07:57 (UTC +04:00)
Şəki. Vüqar Heydərov - APA. Şəkidə piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib. Bu barədə APA-nın Şəki-Zaqatala bürosuna Şəki rayon (şəhər) Polis Şöbəsindən məlumat verilib. Məlumatda bildirilir ki, piyadanın ölümü ilə nəticələnən yol qəzası rayonun Orta Zəyzid kəndində qeydə alınıb. 1989-cu il təvəllüdlü, Şəki rayonu Orta Zəyzid kənd sakini Məmmədov Maarif Xanlar oğlu idarə etdiyi “VAZ-2107” markalı, 10-ZM-597 dövlət nömrə nişanlı avtomobillə Baş Zəyzid kəndi istiqamətində hərəkətdə olarkən yol kənarında avtobus gözləyən həmkəndlisi, 1975-ci il təvəllüdlü Əyyubova Xuraman Abdul qızını vurub.
Qəza nəticəsində müxtəlif dərəcəli ağır bədən xəsarətləri alan Xuraman Əyyubova hadisə yerində dünyasını dəyişib. Faktla bağlı Şəki Şəhər Polis Şöbəsində cinayət işi açılaraq araşdırmalar aparılır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR