DİN “Tolishi Sədo” qəzetinin baş redaktorunun həbsinə aydınlıq gətirib

DİN “Tolishi Sədo” qəzetinin baş redaktorunun həbsinə aydınlıq gətirib
# 22 iyun 2012 08:39 (UTC +04:00)
Nazirliyin mətbuat xidmətinin rəis müavini Ehsan Zahidov APA-nın sorğusuna cavabında bildirib ki, H. Məmmədovun həbsi onun peşə fəaliyyəti ilə bağlı deyil: “Bəzi mətbuat orqanlarında bununla bağlı yayılan informasiyalar əsassız və uydurmadır. Belə ki, onların nəzərdə tutduğu şəxs törətdiyi konkret cinayət əməlinə görə saxlanılıb. Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının əldə etdikləri əməliyyat məlumatı əsasında həyata keçirilən tədbirlər nəticəsində Bakı şəhər sakini Hilal Məmmədovun üzərindən 5 qramdan artqı güclü təsirə malik narkotik vasitə olan heroin götürülüb. Tədbirləri davam etdirən əməliyyat qrupu onun yaşadığı evə də baxış keçiriblər. Həmin zaman evdə olan şəxslərin şahidliyi ilə keçirilən baxış zamanı oradan əlavə olaraq 30 qrama yaxın heroin aşkar edilərək götürülüb”.

Faktla bağlı Nizami rayon Polis İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanıb, istintaq aparılır.

E. Zahidov bir daha bildirib ki, H. Məmmədov hüquq müdafiəçisi və jurnalist olduğu üçün deyil, konkret törətdiyi cinayət əməlinə görə saxlanılıb.

Qeyd edək ki, H. Məmmədov “Tolishi Sado” qəzetinin baş redaktorudur. “Tolishi Sado” qəzetinin əvvəlki redaktoru Novruzəli Məmmədov da 2008-ci ildə casusluqda ittiham olunaraq həbs edilmişdi. N. Məmmədov 2010-cu ildə xəstəlikdən həbsxanada dünyasını dəyişib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR