Binəqədi rayon İcra Hakimiyyəti restoranı məhkəməyə verib

Binəqədi rayon İcra Hakimiyyəti restoranı məhkəməyə verib
# 22 iyun 2012 08:52 (UTC +04:00)
Bakı. Şəhriyar Əlizadə - APA. Binəqədi rayon icra Hakimiyyəti “Oğuz Xan” restoranını məhkəməyə verib. APA-nın məlumatına görə, İcra Hakimiyyəti restorana qarşı qaldırdığı özbaşına tikilinin sökülməsi iddiası ilə Binəqədi rayon Məhkəməsinə müraciət edib. Lakin məhkəmə iddianı təmin etməyib. Həmin qərardaddan apellyasiya şikayəti verilib. Bakı Apellyasiya Məhkəməsi isə Binəqədi rayon Məhkəməsinin çıxardığı qərardadı ləğv edərək, baxılması üçün işi 1 saylı Bakı İnzibati - İqtisad Məhkəməsinə göndərib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR