Kürdəmirdə bıçaqlama hadisəsi baş verib

Kürdəmirdə bıçaqlama hadisəsi baş verib
# 22 iyun 2012 09:44 (UTC +04:00)
Kürdəmir. Elvin Yaqubov - APA. Kürdəmir rayonunda məcburi köçkünlər arasında baş verən davada bir nəfər bıçaqlanıb. Rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, hadisə Kürdəmirin Karrar kəndində qeydə alınıb. Kənddə məskunlaşan Şuşa sakini 1990-cı il təvəllüdlü Allahverdiyev Əlizamin Zakir oğlu şəxsi münasibətlər zəminində aralarında baş verən insident zamanı qonşusu, Laçın rayon sakini 1974-cü il təvəllüdlü Rzayev Vidadi Bəylər oğluna qarın və bel nahiyəsindən bir neçə bıçaq xəsarəti yetirib. V.Rzayev Kürdəmir Mərkəzi rayon Xəstəxanasına yerləşdirib. Ə.Allahverdiyev tutularaq istintaqa təhvil verilib. Faktla bağlı rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR