Avropa İnsan Haqları Məhkəməsi Azərbaycanla bağlı növbəti qərar açıqlayacaq

Avropa İnsan Haqları Məhkəməsi Azərbaycanla bağlı növbəti qərar açıqlayacaq
# 22 iyun 2012 11:24 (UTC +04:00)
Bakı. Viktoriya Dementyeva – APA. İyunun 26-da Avropa İnsan Haqları Məhkəməsi Azərbaycanla bağlı növbəti qərar açıqlayacaq. APA-nın xəbərinə görə, Azərbaycan vətəndaşı Zülfəli Hüseynov mənzilini ələ keçirmiş məcburi köçkünlərin oradan çıxarılması ilə bağlı lehinə olan məhkəmə qərarının icra edilməməsi ilə əlaqədar Avropa İnsan Haqları Konvensiyasının 6-cı maddəsinin 1-ci paraqrafı (Ədalətli mühakimə hüququ) və 1 saylı Protokolun 1-ci maddəsində (mülkiyyətin müdafiəsi) nəzərdə tutulan hüquqlarının pozulduğunu bildirərək AİHM-ə müraciət edib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR