Erməni xüsusi xidmət orqanları ilə əməkdaşlıqda və digər cinayətlərdə təqsirləndirilən hərbiçilər kassasiya şikayəti veriblər

Erməni xüsusi xidmət orqanları ilə əməkdaşlıqda və digər cinayətlərdə təqsirləndirilən hərbiçilər kassasiya şikayəti veriblər
# 22 iyun 2012 11:58 (UTC +04:00)
Bakı. Şəhriyar Əlizadə - APA. Şirvan Apellyasiya Məhkəməsində Müdafiə Nazirliyinin erməni xüsusi xidmət orqanları ilə əməkdaşlıqda ittiham olunan "N" saylı hərbi hissəsinin əsgərləri - Orxan Əliyev və Elçin Əfəndiyevin apellyasiya şikayətləri əsasında məhkəmənin baxış iclası keçirilib. APA-nın məlumatına görə, prosesdə təqsirləndirilən şəxslərin vəkilləri çıxış edərək, prosesin ilkin baxış iclasının qərarından kassasiya şikayəti verdiklərini bildiriblər. Bunun üçün də şikayət baxılması üçün Ali Məhkəməyə göndərilib.

Qeyd edək ki, ilkin baxış iclası zamanı müdafiə tərəfi prosesin məhkəmə istintaqı ilə aparılması barədə vəsatət verib. Lakin məhkəmə vəsatəti təmin etməyib.

Təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət), 180.2.4cü (soyğunçuluq), 331.3-cü (hərbi qulluqçunu təhqir etmə, döymə və ya işgəncə vermə), 338.1-ci (Azərbaycan Respublikasına qəfil hücumun vaxtında aşkara çıxarılması və dəf olunması üzrə, yaxud onun təhlükəsizliyinin təmin edilməsi üzrə döyüş növbəsi (döyüş xidməti) çəkmə qaydalarını pozma) maddələri ilə ittiham ediliblər.

Onlar xidmət etdikləri hərbi hissədə əsgər yoldaşlarının əmlaklarını talamaqda, erməni xüsusi xidmət orqanları ilə əməkdaşlıqda və digər cinayətlərdə təqsirləndiriliblər. Fizuli Hərbi Məhkəməsinin hökmü ilə Orxan Əliyev 12 il və Elçin Əfəndiyev 11 il müddətinə azadlıqdan məhrum ediliblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR