Dövlət Sərhəd Xidməti «Azadlıq» qəzetini məhkəməyə verməyi planlaşdırır

Dövlət Sərhəd Xidməti «Azadlıq» qəzetini məhkəməyə verməyi planlaşdırır
# 22 iyun 2012 14:02 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA. Azərbaycan Dövlət Sərhəd Xidməti (DSX) «Azadlıq» qəzetini qurumun işgüzar nüfuzuna xələl gətirməsi iddiası ilə məhkəməyə verməyi planlaşdırır. APA-nın məlumatına görə bu barədə DSX mətbuat mərkəzinin yaydığı məlumatda bildirilib. Məlumatda qeyd olunub ki, «Azadlıq» qəzetinin 21 və 22 iyun tarixli saylarında DSX-nin Bakı şəhərində yeni inşa olunmuş yaşayış binasındakı mənzillərin yaşayış üçün yararlı olmayan vəziyyətdə sərhədçilərin istifadəsinə verilməsi barədə əsassız, həqiqətə uyğun olmayan və böhtan xarakterli məlumatlar yayılıb: «Bununla əlaqədar bildiririk ki, «Eurovision» mahnı müsabiqəsi başa çatdıqdan sonra, qeyd olunan binadakı mənzillər yaşayış üçün tam yararlı vəziyyətdə sərhədçilərə təhvil verilib. Mənzillərdə təmirlə bağlı hər hansı çatışmazlıq mövcud deyil. Ərazidəki obyektlərin söküntüsü isə planlı surətdə həyata keçirilir və yaşayış binasının qarşısının abadlaşdırılması məqsədini daşıyır. Daxil olmuş informasiyanın həqiqətə uyğunluğunu dəqiqləşdirmədən məsələyə xidmətin münasibətini öyrənmədən, bu cür məlumatın yayılmasını qərəzli münasibət kimi qiymətləndiririk».

Məlumatda həmçinin qeyd olunub ki, DSX-nin zabit və gizir heyətinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması sahəsində təkcə 2011-ci ildə hərbi hissələrdə 1288 mənzil inşa edilərək istifadəyə verilib. Cari ilin sonunadək daha 1000 mənzilin inşasının yekunlaşdırılması nəzərdə tutulub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR