Bakıda iki nəfər bıçaqlanıb

Bakıda iki nəfər bıçaqlanıb
# 22 iyun 2012 14:24 (UTC +04:00)
Bakı. Hafiz Heydərov – APA. Bakıda iki nəfər bıçaqlanıb. Bakı şəhər Baş Polis İdarəsindən APA-ya verilən məlumata görə, iyunun 19-da Q. Vəzirov küçəsində naməlum şəxslər mübahisə zəminində Bakı şəhər sakinləri Natiq Hümbətov və Abbasqulu Paşayevə bıçaq xəsarəti yetiriblər. Yaralılar xəstəxanaya yerləşdirilib.

Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cinayətdə şübhəli bilinən Bakı şəhər sakinləri Cəsur Priyev və qardaşı Məğrur iyunun 22-də tutulublar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR