Bakı sakinindən 11 kiloqram narkotik vasitə götürülüb

Bakı sakinindən 11 kiloqram narkotik vasitə götürülüb
# 22 iyun 2012 14:25 (UTC +04:00)
Bakı. Hafiz Heydərov – APA. Bakı sakinindən 11 kiloqram narkotik vasitə götürülüb. Bu barədə APA-ya Bakı şəhər Baş Polis İdarəsindən bildirilib.

Məlumata görə, Nərimanov Rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Şirazi Kərimovdan 11 kiloqramdan artıq narkotik vasitə olan marixuana aşkar edilərək götürülüb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR