Azərbaycanda sabiq polis işçisi maşınla yol polisini vurub

Azərbaycanda sabiq polis işçisi maşınla yol polisini vurub
# 22 iyun 2012 14:43 (UTC +04:00)
Bu barədə APA-ya Baş Dövlət Yol Polisi İdarəsindən bildirilib.

Hadisə bu gün Bakı-Sumqayıt yolunda Dövlət Yol Polisinin ekoloji postunun qarşısında qeydə alınıb. “VAZ-2107” markalı avtomobil ərazidə xidmət aparan yol polisi əməkdaşının “Saxla” əmrinə məhəl qoymadan, polis serjantı 25 yaşlı Elvin Əsədovu vuraraq hadisə yerindən qaçıb. Polis əməkdaşı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Həyata keçirilən tədbirlər nəticəsində hadisəni törədən şəxs saxlanılıb. Onun sabiq polis əməkdaşı olduğu bildirilir.

Qeyd edək ki, bu, son vaxtlar yol polisi əməkdaşlarına qarşı törədilən ikinci analoji hadisədir. Belə ki, bir müddət əvvəl Bakının “Sabunçu körpüsü”nün yaxınlığında “VAZ-2107” markalı maşın yol kənarında nəqliyyatın hərəkətinin tənzimləyən, Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin əməkdaşı, polis serjantı, 45 yaşlı Mehman Kərimovu vurub. Nəticədə o, aldığı xəsarətdən hadisə yerindəcə keçinib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR