Arif Hacılı həbsdən buraxılıb

Arif Hacılı həbsdən buraxılıb
# 22 iyun 2012 15:50 (UTC +04:00)
Bu barədə APA-ya Müsavat Partiyası başqanının müavini Gülağa Aslanlı məlumat verib.

O, A. Hacılının azadlığa buraxılması ilə bağlı ilkin məlumata malik olsa da, prosesin detalları haqqında xəbərsiz olduğunu deyib: “Hazırda Arif Hacılının cəzaçəkmə müəssisəsindən çıxaraq evə getdiyini bildiriblər. Yaxın dəqiqələrdə məsələ ilə bağlı açıqlama veriləcək”.

Qeyd edək ki, A. Hacılı İctimai Palatanın ötən il aprelin 2-də keçirdiyi razılaşdırılmamış aksiya zamanı saxlanılıb. Səbayel rayon Məhkəməsinin hökmü ilə o, 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR