Azərbaycanda sərnişin mikroavtobusu sement daşıyan maşınla toqquşub, yaralılar var

Azərbaycanda sərnişin mikroavtobusu sement daşıyan maşınla toqquşub, yaralılar var
# 23 iyun 2012 08:37 (UTC +04:00)
Baş Dövlət Yol Polisi İdarəsindən APA-ya verilən məlumata görə, “Mercedes” markalı sement daşıyan maşın Masallı-Bakı marşrutu üzrə hərəkət edən “Ford Tranzit” markalı 44 BT 363 dövlət nömrə nişanlı mikroavtobusla toqquşub.

Bakı şəhəri üzrə Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkiminin müavini Zemfira Vahidova APA-ya açıqlamasında bildirib ki, hadisə nəticəsində 5 nəfər xəsarət alıb. Yaralılar 1 saylı Klinik Tibbi Mərkəzə çatdırılıb. Onlardan biri ambulator müalicəyə göndərilib, 4 nəfəri xəstəxanaya qəbul edilib.

Faktla bağlı araşdırma aparılır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR