Bakıda evdə baş vermiş yanğın zamanı ölən qadının üzərində xəsarətlər aşkar olunub

Bakıda evdə baş vermiş yanğın zamanı ölən qadının üzərində xəsarətlər aşkar olunub
# 23 iyun 2012 09:35 (UTC +04:00)
Bakı. Şəhriyar Əlizadə - APA. Bakının Suraxanı rayonunda evdə baş vermiş yanğın zamanı ölən qadının üzərində kəsilmiş - deşilmiş yaralar aşkar olunub.

APA-nın Daxili İşlər Nazirliyinin saytına istindən məlumatına görə, iyunun 22-də Suraxanı rayonunun Əmircan qəsəbə sakini Zibeydə Dadaşovaya məxsus evdə yanğın baş verib. Nəticədə bütövlükdə evin yanar konstruksiyaları və oradakı əşyalar yanıb, yanıq xəsarəti ilə xəstəxanaya yerləşdirilmiş ev sahibəsi isə orada ölüb.

Z. Dadaşovanın müayinəsi zamanı üzərində kəsilmiş-deşilmiş xəsarətlər olması aşkar edilib. İlkin yoxlama prokurorluq, əməliyyat-axtarış tədbirləri Suraxanı Rayon Polis İdarəsi tərəfindən aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR