Azərbaycanda hakimlər daha çox insan haqları ilə bağlı Avropa qanunvericilik bazasını öyrənmək istəyirlər

Azərbaycanda hakimlər daha çox insan haqları ilə bağlı Avropa qanunvericilik bazasını öyrənmək istəyirlər
# 23 iyun 2012 09:41 (UTC +04:00)
Vətəndaşlar pozulmuş hüquqlarının bərpası üçün polisə, prokurorluq orqanlarına deyil, məhz məhkəmələrə müraciət edirlər. Belə olan halda təbii ki, hakimlərimizin ixtisasının artırılması, tədrisinə diqqət yetirilməsi vacib məsələyə çevrilib”.

APA-nın məlumatına görə, bunu sözləri Məhkəmə Hakimləri və Hüquqşünaslar üçün Yay Məktəbində çıxışı zamanı Azərbaycan Məhkəmə Hüquq Şurasının Aparat rəhbəri Cavid Hüseynov deyib. O bildirib ki, Azərbaycan müasir məhkəmə sistemi 2000-ci ildən fəaliyyətə başlayıb: “Bu illər ərzində çox mühüm islahatlar aparılıb. Bu islahatları şərtləndirən əsas uğur təcrübədir. Bu təcrübənin öyrənilməsi növbəti illər üçün təkan rolunu oynayıb”.

C. Hüseynov mühüm nailiyyətlər əldə edildiyini də qeyd edib: “Heç kimin ağlına gəlməzdi ki, Azərbaycanda məhkəmə üzərində total nəzarət ləğv olunacaq, məhkəmələrin insan haqlarının təminatı ilə bağlı səlahiyyəti durmadan artacaq”.

C. Hüseynov bildirib ki, Azərbaycanda hakimlərin tədrisi prosesində də yeni yanaşma tətbiq olunmasına başlanılıb: “Hər ilin sonunda hakimlərin hər birinə sorğular göndərilir. Onları maraqlandıran mövzular ətrafında proqramlar hazırlanır. Bu proqramlar yenidən təqvim proqramı hazırlanarkən onlara göndərilir və hakimlərin iştirak etmək istədiyi mövzu seçilir. Hakimlərin öyrənmək istədiyi ən aktual məsələ isə Avropanın insan haqları ilə bağlı qanunvericilik bazasıdır”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR