Azərbaycanda əfv sərəncamının icrası başa çatıb

Azərbaycanda əfv sərəncamının icrası başa çatıb
# 23 iyun 2012 10:09 (UTC +04:00)
Bu barədə APA-ya Ədliyyə Nazirliyi Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib. Əfv sərəncamı ilə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş hissəsindən azad edilən məhkumların hamısı artıq azadlığa buraxılıb.

Qeyd edək ki, prezident İlham Əliyevin iyunun 22-də imzaladığı sərəncam ümumilikdə 66 nəfərə şamil olunub. Onlardan 58-i azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş hissəsindən, 2-si islah işləri cəzasının çəkilməmiş hissəsindən, 6-sı isə cərimə cəzasından azad edilib.

Azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş hissəsindən azad edilənlər arasında İctimai Palatanın aksiyaları zamanı saxlanılan 9 nəfər də var.

Bunlar Arif Hacılı, Rüfət Hacıbəyli, Ülvi Quliyev, Babək Həsənov, Tural Abbaslı, Sahib Kərimov, Əhəd Məmmədli, Zülfüqar Eyvazlı və Məhəmməd Məcidlidir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR