Ağdaş sakinindən narkotik götürülüb

Ağdaş sakinindən narkotik götürülüb
# 23 iyun 2012 18:06 (UTC +04:00)
Ağdaş. Elvin Yaqubov-APA. Ağdaşda narkotik vasitə olan marixuananın qanunsuz əldə edilməsi və saxlanılması ilə məşğul olan şəxs tutulub. Rayon polis şöbəsindən APA-ya verilən məlumata görə polis əməkdaşları tərəfindən keçirilən reyd zamanı Ağdaşın Ərəb Kükəl kənd sakini 1967-ci il təvəllüdlü İsmayılov Mirzə Vaqif oğlu şübhəli şəxs qismində saxlanılıb. Onun üzərinə baxış keçirilərkən çəkisi 11.67 qram olan qurudulmuş marixuana aşkar edilərək götürülüb. Faktla bağlı Mirzə İsmayılov həbs edilərək barəsində rayon polis şöbəsi tərəfindən cinayət işi açılıb, araşdırma aparılır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR