Azərbaycanda baş verən ağır yol qəzasında bir ailənin altı üzvü və daha üç nəfər yaralanıb - FOTOSESSİYA

Azərbaycanda baş verən ağır yol qəzasında bir ailənin altı üzvü və daha üç nəfər yaralanıb - <font color=red>FOTOSESSİYA</font>
# 25 iyun 2012 06:44 (UTC +04:00)
APA-nın şimal bürosunun məlumatına görə, qəza Xudat-Nabran yolunun 8-ci km-də, Xaçmazın Muxtadır qəsəbəsi ərazisində qeydə alınıb.

Nabrandan Xudat istiqamətində hərəkət edən, Qusar şəhər sakini, 57 yaşlı Zeydulla Mahmudovun idarə etdiyi 10 SX 561 dövlət nömrə nişanlı, “Geely” markalı minik avtomobili əks istiqamətdən gələn, Xudat şəhər sakini, 32 yaşlı Rəsul Musayevin idarə etdiyi 10 EO 301 dövlət nömrə nişanlı, “Niva” markalı nəqliyyat avtomobillə toqquşub.

Nəticədə “Niva”nın sürücüsü Rəsul Musayev, sərnişini, Xudat şəhər sakini, 31 yaşlı Tural Xuduzadə, “Geely” markalı minik avtomobilinin sürücüsü Zeydulla Mahmudov, onun həyat yoldaşı, 59 yaşlı Şərqiyyə Mahmudova, oğlu 33 yaşlı Namiq Mahmudov, gəlini 24 yaşlı Elza Mahmudova, nəvələri 6 yaşlı Nəvai, 5 yaşlı Cəmilə və maşındakı digər sərnişin, 26 yaşlı Bakı şəhər sakini Cavid Əzizov müxtəlif dərəcəli xəsarətlər alıblar.

Yaralılar Xudat şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırmalar aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR