Azərbaycan paytaxtında tank əleyhinə mina tapılıb

Azərbaycan paytaxtında tank əleyhinə mina tapılıb
# 25 iyun 2012 06:55 (UTC +04:00)
Bakı. Hafiz Heydərov – APA. Bakıda tank əleyhinə mina tapılıb. APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi məlumata görə, nazirliyin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Suraxanı rayonunda dəmir qırıntıları arasında döyüş sursatı aşkarlanması barədə məlumat daxil olub.

Dərhal FHN-in müvafiq qurumlarının mütəxəssisləri və xilasediciləri lazımi tədbirlərin görülməsi üçün hadisə yerinə cəlb edilib, aidiyyəti qurumlar məlumatlandırılıb. Nazirliyin mütəxəssisləri aşkarlanmış sursata baxış keçiriblər.

Tapılan sursatın tank əleyhinə təlim minası olduğu müəyyən edilib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR