Azərbaycanda 20 yaşlı oğlan dənizdə batıb

Azərbaycanda 20 yaşlı oğlan dənizdə batıb
# 25 iyun 2012 07:22 (UTC +04:00)
APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Dövlət Sularda Xilasetmə Xidmətinə 1992-ci il təvəllüdlü Samir Şirxan oğlu Mahmudovun Bakı şəhəri, Abşeron rayonu ərazisində dənizdə (“Fatmayı” sularda xilasetmə məntəqəsindən, təxminən, 500-550 m sağda, nəzarətsiz ərazidə) çimərkən batması barədə məlumat daxil olub.

Dərhal Fövqəladə Hallar Nazirliyinin Dövlət Sularda Xilasetmə Xidmətinin dalğıc-xilasediciləri hadisə yerinə cəlb edilib və axtarışlara başlanılıb.

S. Mahmudovun cəsədi dalğıc-xilasediciləri tərəfindən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR