Qobustanda minik və yük avtomobilləri toqquşub, yaralananlar var

Qobustanda minik və yük avtomobilləri toqquşub, yaralananlar var
# 25 iyun 2012 09:15 (UTC +04:00)
Qobustan. Elvin Yaqubov-APA. Qobustan rayonunda 4 nəfərin ağır xəsarəti ilə nəticələnən avtomobil qəzası baş verib. Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) istintaq və təhqiqat şöbəsinin müstəntiqi Rafiq Həsənov APA-ya bildirib ki, hadisə Bakı-Şamaxı avtomobil yolunun 103.5-ci kilometrliyində, Qobustan rayonu ərazisində qeydə alınıb. Qobustan sakini, 1987-ci il təvəllüdlü Süleymanov Süleyman Kamran oğlunun idarə etdiyi 37-BB-445 dövlət nömrə nişanlı “KaMAz 55111” markalı yük maşını qarşı tərəfdən gələn Şamaxı sakini 1983-cü il təvəllüdlü Məmmədov Sevindik Ənvər oğluna məxsus 90-MC-158 dövlət nömrə nişanlı “Daewoo Nexia” markalı minik maşını ilə toqquşub. Hadisə nəticəsində minik maşınının sürücüsü Sevindik Məmmədov və sərnişinləri - 1960-cı il təvəllüdlü Zeynalova Sevginaz Şahpələng qızı, 1982-ci il təvəllüdlü Əsədov Ağa Şamil oğlu və 1964-cü il təvəllüdlü Həmidov Laçın Əbülhəsən oğlu müxtəlif dərəcəli ağır bədən xəsarətləri ilə Qobustan Mərkəzi rayon Xəstəxanasına yerləşdirilib. Faktla bağlı BDYPİ-nin istintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR