Yevlaxda 14 yaşlı oğlan kanalda batıb

Yevlaxda 14 yaşlı oğlan kanalda batıb
# 25 iyun 2012 09:26 (UTC +04:00)
Bakı. Hafiz Heydərov – APA. Azərbaycanda 14 yaşlı oğlan kanalda batıb. APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Şirvan kanalının Yevlax rayonu, Ərəbbəsən kəndindən keçən hissəsində 14 yaşlı Quliyev Elmin Aydın oğlu çimərkən batıb. Hadisə yerinə nazirliyin sularda xilasetmə xidmətinin Aran DAQ-ın xilasediciləri cəlb olunublar. Hazırda həmin şəxsin cəsədinin axtarışları üzrə əməliyyat davam etdirilir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR