Avropa Şurasının komitə rəhbəri: “MDB-də İnsan hüquqları haqqında Avropa Konvensiyasına bənzər bir konvensiyasının tətbiqi mümkün deyil”

Avropa Şurasının komitə rəhbəri: “MDB-də İnsan hüquqları haqqında Avropa Konvensiyasına bənzər bir konvensiyasının tətbiqi mümkün deyil”
# 25 iyun 2012 10:01 (UTC +04:00)
Bakı. Ramil Məmmədli – APA. “Müstəqil Dövlətlər Birliyində İnsan hüquqları haqqında Avropa Konvensiyasına bənzər bir konvensiyasının tətbiqi mümkün deyil. Gəlin müqayisə edək, MDB-də Avropa konvensiyası məzmununda sənəd yazılsa belə, bu konvensiya Avropa konvensiyası ilə eyni təsir gücünə və əhəmiyyətinə malik olacaqmı? Əlbəttə, yox. Çünki bunun üçün tarixi, siyasi, hüquqi infrastruktur lazımdır”. APA-nın məlumatına görə, bunu Məhkəmə Hakimləri və Hüquqşünaslar üçün Yay Məktəbinin sessiyasında çıxışı zamanı Avropa Şurasının İşgəncələr, qeyri-insani və alçaldıcı rəftar və cəzaların qarşısının alınması üzrə Komitəsinin rəhbəri, Milli Məclis Aparatının şöbə müdiri Lətif Hüseynov deyib.

L. Hüseynov adıçəkilən konvensiyanın tətbiqinin məcburi hal olması haqda təqdimatın əleyhinə olduğunu da söyləyib: “Bu müqavilə ona görə tətbiq edilməlidir ki, İnsan hüquqları haqqında Avropa Konvensiyası konstitusiyadır. Orada hüququn aliliyi və insan hüquqları var. Yenə deyirəm, əgər biz bunu dediyim kimi qəbul etsək, düzgün yanaşma olacaq. Əgər biz Avropa Konvensiyasına yalnız hüquqi sənəd, beynəlxalq müqavilə kimi baxacağıqsa, onda biz bu konvensiyanın əhəmiyyətini və onun yaratdığı hüququn aliliyi, hüquqi dövlət ideyasını düzgün başa düşməmiş, tətbiq etməmiş oluruq. Bu çox vacib məqamdır. Avropa Konvensiyası sonradan Avropanın ağıllı insanlarının yazdığı məhsul deyil. Bu konvensiya Avropanın çox əsirlik tarixinin məhsuludur ”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR